“Roma” yeddi futbolçu ilə yollarını ayırır 

19:30 13.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın “Roma” futbol klubu heyətdə ciddi dəyişikliklərə hazırlaşır.

Hafta.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Klub rəhbərliyi növbəti mövsümdə komandanı kimin çalışdıracağından asılı olmayaraq, heyəti yenidən formalaşdırmaq niyyətindədir. Artıq yayda komandadan ayrılacağı dəqiqləşən yeddi futbolçunun siyahısı müəyyənləşib.

Bunlar Artyom Dovbik, Stefan El-Şaaravi, Brayan Saraqosa, Lorenso Venturino, Evan Ferqyuson, Kostas Tsimikas və Zeki Çelikdir.

Bundan əlavə, Paulo Dibala, Devayn Renş, Anhelinyo və Lorenso Pelleqrininin gələcəyi ilə bağlı da qeyri-müəyyənlik qalır./idman.biz/